Nəsimi və Yasamal rayonları ərazisindəki apteklərdən soyğunçuluq yolu ilə pul aparmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon ərazisindəki apteklərin birindən soyğunçuluq yolu ilə 2000 manat aparmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun Yasamal rayonu ərazisindəki digər bir aptekdən 2000 manat oğurlaması da müəyyən edilib.