“Artıq bütün pensiyaçılarımız pensiya kartları üzrə daxilolmalar barədə məlumatları pulsuz əldə etmək üçün “SMS xəbərdarlıq” xidmətindən faydalana bilərlər”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, pensiya hesablarının mövcud oduğu “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən bu xidmət pensiyaçılar üçün pulsuz olaraq təklif olunur.
Ona görə də hər bir pensiyaçı həmin xidmətə qoşulmaqla pensiyaları hesablarına köçürülən anda bu barədə “SMS xəbərdarlıq” formasında məlumat əldə edə bilərlər.