“Azərenerji” ASC Bakıda işıqların kəsilməsi ilə bağlı açıqlama yayıb.
ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xəttə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb:
“Əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib”.
16:14
Bakının bəzi hissələrində elektrik enerjisi təchizatının verilməsində problem yaranıb.
Oxu.Az-ın məlumatına görə, Sabunçu rayonunun Yeni Ramana qəsəbəsi, Heydər Əliyev prospekti, Xətai rayonu və Nizami rayonunda elektrik enerjisi təchizatının verilməsi dayandırılıb.
Baş vermiş hadisəyə yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq yaranması səbəb olub.
Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir. Qısa zamanda problem həll olunacaq və elektrik enerjisi təchizatının verilməsi bərpa olunacaq.