Təhsil

Məktəb və universitetlər müvəqqəti bağlanacaq? – RƏSMİ AÇIQLAMA

Koronavirusa yoluxma şübhəsi ilə nəzarətə götürülən insanların sayı çoxaldıqca,  cəmiyyətdə narahatlıq biraz da artır. Daha çox övladları üçün narahat olan valideynlər məktəblərin bağlanmasının zəruri olduğunu hesab edirlər. Onsuz da ictimai məkan olduğu üçün məktəb şagirdləri tez-tez qrip virusuna yoluxurlar.  

Redaktor.az xəbər verir ki, koronavirusla bağlı daha bir narahatedici xəbər isə Bakı Dövlət Universitetindən yayılıb. Məlumata görə, Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi yüksək hərarəti olduğuna görə evə göndərilib. Müəllim və tələbələr təşvişə düşüb.

Belə olan halda məktəb və universitetlər müvəqqəti bağlanmalıdırmı?

Təhsil Nazirliyindən verilən məlumata görə, məktəblər yalnız Nazirlər Kabinetinin verdiyi qərar əsasında bağlana bilər:

“Nazirlər Kabinetinin 24.02.2020-ci il tarixli 66 nömrəli Qərarına görə, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı əsasında həyata keçirilir”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir