Söhbətdən sonra adını internetdə axtarışa verdim. Azərbaycan mətbautında Azər Axundov haqqında məlumatlar yox səviyyəsindədir. Rusiya mətbuatında məlumat az saydadır. Ola bilər ki,Azər müəllim özü məlumatların yayılmasını istəməyib. Yenə də dünyanın nüfuzlu elmi mərkəzlərindən səsləri gələn soydaşlarımızı cəmiyyətə daha yaxından tanıtdırmaq biz araşdırmaçıların diqqətində olmalıdır. Hər bir soydaşımızla onlarla qürur duymalıdır. Azər Axundov fəxr olunası soydaşlarımızdandır. Zəngin elmi fəaliyyəti özündə birləşdirən Azər Axundov haqqında yazının oxucularımıza maraqlı gələcəyinə inanıram. Məlumatların əldə edilməsində öz köməkliyini göstərdiyinə görə, Rövşən Paşazadəya təşəkkür edirəm.
Azər Axundov kimdir?
Axundov Azər Əliramiz oğlu 12 sentyabr 1959-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olub. Azər Axundovun atası tibb elmləri dokturu, professor Əliramiz Əhməd oğlu Axundov uzun illər Leninqrad (indiki Sankt-Peterburq ) şəhərində Qenrix Turner adına Uşaq travmatalogiyası və ortopediya insitutunun direktor müavini, eyni zamanda Rusiya Sovet Federativ Respublikasının uşaq travmatalogiya və ortopediya üzrə baş həkimi vəzifəsində çalışıb. Anası Xalidə İsaxzadə farmakalogiya üzrə ali təhsil alıb.
Uşaqlıdan həkim ailəsində böyüyən Azər Axundov, sonralar öz gələcək taleyini tibb elmi ilə bağlamağa qərar verib. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün 1978-ci ildə Nəriman Nərimanov adına Tibb institutuna daxil olub. 1984-ci ildə institutu bitirdikdə sonra öz təşəbbüsü ilə cərrah kimi təcrübəsini artırmaq üçün 1989-ildə Kazaxstan SSR-i Kokçetansk şəhərinin Mərkəzi Xəstaxanasında, daha sonra Azərbaycan SSR-inin Lənkaran şəhərindəki hərbi hospitalda işləyib.
30 yaşında ikən Azər Axundov Mokvada N.Bloxin adına Ümumittifaq Onkoloji Elmi və Tədqiqat Mərkəzində (hazırda Rusiya Federasiyasının ən böyük Onkoloji Elmi və Tədqiqat Mərkəzi sayılır) onkoloji-cərrahlıq sahəsində təhsilini davam etdirib. 1994-ci ildə orada təhsilini bitirdikdən sonra “Boğaz xərçəngi xəstəliyinin şua ilə mualicəsi zamanı yaranan fəsadların terapiyasında araşdırmalar” mövzusunda dissertatsiyasıni müdafiə edərək, tibb elmləri namizədi dərəcəsini almışdır. Onun bu elmi işi tibb elmi tarixində yeni müalicə metodu olduğundan Onkoloji Elmi və Tədqiqat Mərkəzin rəhbərliyi Azər Axundovu cərrah kimi işə dəvət edib. Həmin mərkəzdə bir müddət cərrah-həkim işlədikdən sonra 1999-cu ildə baş elmi işçi kimi vəzifəsinə təyin olunub.
Onun 2000-ci ildə bəd xassəli şişlərin innovativ müalicə metodları üzərində apardığı tədqiqatlar müdafiə etdiyi tibb elmləri doktorluğu dissertatsiyasında öz əksini tapmışdır.
Hazırda doktor Axundov baş və boğaz nahiyəsində bəd xassəli şişlərin müalicəsi sahəsində cərrah kimi fəaliiyət gostərməklə yanaçı, daim elmi tədqiqatlara böyük diqqət ayırır. O 100-dən artıq elmi nəşrin muəllifi və həmmüəllifi, 5 elmi məqalaər üzrə toplunun, 3 tövsiyə toplunun müəllifi və 3 ixtiraya dair patentin həmmüəllifidir. Azər Axundov həmçinin, Rusiyada nəşr olunan «Опухоли головы и шеи» (Baş və boğaz nahiyəsində şişlər) jurnalının redaksiya kollegiyasının üzvüdür.
Axundov mütəmadi olaraq, cərrah kimi Avropa və Rusiyadakı qabaqcıl tibbi mərkəzlərində təcrübə keçir, eyni zamanda beynəxalq simpozium ve konfranslarda dəvət olunur. O, MDB məkanında məhşur cərrah kimi tanınır, bir çox insanların həyatını ölümün cəngəsindən son anda xilas editmişdir.
Hər bir zaman ürəyi doğma Azərbaycanla döyünən vətənpərvər insan olan Azər Axundov, tarixi vətənini unutmur. Rusiyada və Azərbaycanda keçirilən dünya Azərbaycanlıların qurultay və tədbirlərin də aktiv iştirak edir.