İtaliya A seriyasında 26-cı turun 5 oyunu koronavirus səbəbindən təxirə salınıb.
BakuPost.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytında yazılıb. Təxirə salınan matçlar “Udineze” – “Fiorentina”, “Milan” – “Cenoa”, “Parma” – “Spal”, “Sassuolo” – “Breşiya” və “Yuventus” – “İnter” qarşılaşmalarıdır.
Oyunlar mayın 13-də keçiriləcək.