Bakı metrosunda yenə problem yaranıb.
Oxu.Az xəbər verir ki, sərnişinlər qatardan boşaldılıb və qatar depoya göndərilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı Oxu.Az-a təsdiq edib.
Onun sözlərinə görə, maşinist təhlükəsizlik məqsədilə qatara baxış keçirmək məcburiyyətində qalıb:
“Texniki problem olması ehtimalı ilə maşinist qatara baxış keçirmək üçün “Memar Əcəmi” stansiyasında sərnişinləri düşürüb. Qatar stansiya dalanına aparılıb. O, qatarın yerinə isə xəttə depodan yeni qatar buraxılıb”.