“Fənərbaxça” baş məşqçisi Ersun Yanalla yolları ayırıb.
Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, 56 yaşlı mütəxəssisin öz istəyi ilə onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
E.Yanalın son dəfə komandanı Türkiyə kubokunun yarımfinalında “Trabzonspor”la ilk oyuna çıxacaracağı bildirilib.
Qeyd edək ki, E.Yanal 2018-ci ilin dekabrından İstanbul klubunu çalışdırırdı.
Əlavə edək ki, “Fənərbaxça” hazırda Türkiyə Superliqasında 39 xalla 7-ci pillədə qərarlaşıb.