Azərbaycanda sarımsağın qiyməti ətdən bahadır.
“MediaPost” xəbər verir ki, Bakıda mağazalarda sasrımsağın qiyməti bir qədər də bahalaşıb. Belə ki, bir müddət əvvəl 8 manatadək bahalaşan sarımsaq yenidən “sürət” yığıb.
Hazırda sarımsağın paytaxt dükanlarında 15 manata satıldığı bildirilir.
Məlumat üçün bildirək ki, Bakıda mal ətinin 1 kiloqramı 10-11 manat, qoyun ətinin 1 kiloqramı isə 13-14 manata təklif olunur.
Xatırladaq ki, Azərbaycanda sarımsağın qiymətinin bahalaşması Çində koronavirus epidemiyasının yayılmasından sonra başlayıb. Belə ki, həmin dövr ərzində azərbaycanlı fermerlər Rusiyanın Çindən aldığı sarımsağı Azərbaycanda əkilən sarımsaqla əvəz etməyə çalışırlar. Hətta digər illərlə müqayisədə son dövr ərzində ölkəmizdə sarımsaq istehsalı maksimum həddə çatıb.