PSJ-nin futbolçusu Neymar bu yaydan klubla müqaviləsini birtərəfli pozmaq imkanına malik olacaq.
Qol.az sport.es-ə istinadən xəbər verir ki, bununla bağlı xüsusi bənd 28 yaşlı hücumçunun müqaviləsində yer alıb.
Ancaq Neymar 2020-ci ilin yayından etibarən klubu ilə müqaviləni ləğv etmək istəyəcəyi təqdirdə, PSJ-yə 180 milyon avro təzminat ödəməli olacaq.
Qeyd edək ki, Neymar 2017-ci ildə “Barselona”dan Paris təmsilçisinə transfer olunub.