ABŞ koronavirusla mübarizədə İrana kömək etməyə hazırdır.
“Fox News” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp ölkəsində koronavirusla mübarizədən vitse-prezident Mayk Pensin rəhbərlik etdiyi xüsusi qrupun cavabdeh olduğunu qeyd edib.
“Biz epidemiyanın öhdəsindən uğurla gəlirik. Möhtəşəm qrupumuz var. Dünyanın ən yaxşı həkimləri ABŞ-dadır”, – deyə ABŞ lideri bildirib.
Prezident həmçinin, ABŞ-ın koronavirusla mübarizədə digər ölkələrə yardım etdiyini də söyləyib:
“İran istəsəydi, kömək edərdik. Onlar çox ciddi zərər görüblər”.