İqtisadiyyat

Azərbaycanda bank 2 milyon manat borc alıb

6 mart 2020-ci il tarixində Bakı Fond Birjasında “BTB Bank”ASC-nin 2 milyon manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“MediaPost” Bakı Fond Birjasına istinadən xəbər verir ki, yerləşdirmə zamanı hər bir istiqrazın hərrac qiyməti 1000 manat olmuşdur (cəmi 2000 istiqraz təklif edilib). 3 investor tərəfindən 3 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 2 milyon manat təşkil edib. Qiymətli kağızların ödəmə tarixi 5 mart 2021-ci ildir.

İstiqrazlar üzrə faiz ödənişi (illik 9% ) yerləşdiyi tarixdən etibarən dövri olaraq hər rübün son iş günü ödəniləcəkdir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir