Konstitusiya Məhkəməsinin Milli Məclisə seçkilərin yekunlarını təsdiqləməsi ilə əlaqədar Suraxanı İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova işdən çıxıb.
Bu barədə APA-ya Suraxanı İcra Hakimiyyətindən məlumat verilib.
Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əliəbbas Salahzadə dünən işdən çıxmaq barədə ərizə verib və bu gündən işə çıxmır.
Qeyd edək ki, fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə A.Həsənova 32 saylı Suraxanı Üçüncü, Ə.Salahov 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputat seçiliblər.
Seçki Məcəlləsinin 173.3-cü maddəsinə əsasən, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə, Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.