2020-ci ilin yanvar ayında Azərbaycan bankları tərəfindən 6,1 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən iki dəfə azdır.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankının yanvar hesabatına istinadən məlumat verir.
Hesabata görə, 2020-ci ilin yanvar ayında banklar tərəfindən verilmiş kreditlərin yenidən maliyyələşdirilməsinin həcmi 3,5 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 6,5 dəfə azdır.
İpoteka Fondunun müvəkkil bankları tərəfindən verilən kreditlərin orta aylıq məbləği 50 825 manat (2018-ci ilin yanvar ayında bu göstərici 49 291 manat olub) təşkil edib ki, bu da Fondun ölkədəki bütün fəaliyyəti dövründə ən yüksək göstəricidir.
Kreditin ödənilməsinin orta müddəti 281 ay təşkil edib və 2019-cu ilin yanvar ayı üçün bu göstərici dəyişməyib. Orta illik faiz dərəcəsi – 6,43 faiz (6,55 faiz – bir il əvvəl), orta aylıq ödəniş – 355,8 manat (348,1 manat).