Cəmiyyət

Mingəçevir İcra Hakimiyyətinin qarşısında maşın yandırdılar-RƏSMİ AÇIQLAMA

Bu gün səhər saatlarında əlil vətəndaş Mingəçevir Şəhər İcra Hakimiyyətinin binası qarşısında “Tavriya” markalı avtomobilinə od vuraraq yandırıb.

Sonxeber.az hadisə ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin Probasiya şöbəsinin böyük icra məmuru Zaur Rəfiyevin verdiyi məlumatda qurumun sözügedən məsələ barəsində xəbərdar olduğu bildirilib:
“Həmin şəxsin avtomobilini nə səbəbə yandırdığı haqqında məlumatsızıq”.
İcra məmurunun verdiyi açıqlamada həmçinin bildirilir ki, avtomobilini yandıran şəxsin İcra Hakimiyyətində qanunsuz tikilisinin sökülməsi ilə bağlı icra işi olub. İcra tədbiri müəyyən olunaraq qanunsuz tikili sökülüb:
“Avtomobilini yandıran şəxs Orucov Əmir Duman oğludur. Şəki Apellyasiya məhkəməsinin qətnaməsi əsasında həmin tikilinin sökülməsi icra olunub. Həmin şəxs özü də həmin tədbirdə iştirak edib, ərizəsi ilə sökülməyə qarşı etirazını bildirməyib. Səhər isə belə bir hadisə ilə qarşılaşmışıq”.

Qeyd edək ki, əraziyə gələn yanğınsöndürmə birqadası və polis əməkdaşlarının köməyi ilə yanğın söndürülüb. Buna baxmayaraq, avtomobil tamamilə yarasız hala düşüb.

[media=https://youtu.be/bXtfUa7fybU]

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir