Rusiyanın Sankt-Peterburq şəhərində tələbələr yoldaşlarından birinin evində spirtli içki qəbul edərək əyləncə təşkil ediblər.
Bu barədə REN TV məlumat yayıb.
Əyləncənin gedişində ev sahibi seyfi açaraq travmatik tapançasını götürüb. Silahın doldurulmadığını düşünən tələbə öz başına atəş açıb. Nəticədə, hadisə yerindəcə həlak olub.