Altıncı çağırış Milli Məclisin komitələrindən birinin sədrliyinə namizəd müəyyənləşdiyi barədə xəbərlər yayılıb.
Oxu.Az-ın məlumatına görə, deputat Tahir Mirkişilinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrliyinə namizəd olduğu bildirilir.
Tahir Mirkişili bununla bağlı açıqlama verib. O, yayılan məlumatı nə təkzib, nə də təsdiq edib.