Manşet

Bir çox otellərin fəaliyyəti dayandırıldı

Koronavirusun Gürcüstan iqtisadiyyatına mənfi təsirləri davam edir. Mart-aprel ayları üçün otellərdə bron edilmiş yerlərin 90 faizi ləğv olunub.

Zirveyolu.info xəbər verir ki, artıq paytaxt Tiflisdə 10-dan çox otel fəaliyyətini müvəqqəti dayandırıb. Yaxın bir neçə gün ərzində daha bir neçə otelin fəaliyyətini dayandıracağı gözlənilir.

Bölgələrdəki otellərin də eyni addım atacağı bildirilir.

Qeyd edilir ki, otellərin əməkdaşları ödənişsiz məzuniyyətə göndərilib. Otel sahibləri vergilərin ödəmələrinin təxirə salınması ilə bağlı hökumətin qərarını gözləyirlər.

Bildirilir ki, Gürcüstan hökuməti turizm sektoru üçün böhran əleyhinə plan hazırlayır. //Axar

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir