Türkiyədə yeni tip koronavirusa yoluxma faktı aşkarlandıqdan sonra hökumət sürətli qabaqlayıcı tədbirlər planı həyata keçirir.
Publika.az xəbər verir ki, ölkə miqyasında bir çox tədbirlər, müsabiqələr, ictimai toplanışlar təxirə salınıb.
Dini İşlər Müdirliyi bir sıra mükafatlandırma mərasimlərinin və şuraların iclasları təxirə salınıb.
Gənclər və İdman Nazirliyi bir çox idman müsabiqələrinin tamaşaçısız oynandığını, yaxın müddətdə isə hamısının təxirə salınacağını bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxan şəxsin karantində saxlandığını, ailəsinin həkim müşahidəsinə götürüldüyünü, vəziyyətlərinin isə yaxşı olduğunu bildirib.
Türkiyə bir neçə quru qonşuları ilə sərhədləri bağlayıb.
Hökumətin tədbirləri artıracağı gözlənilir.