Cəmiyyət Manşet

Bakıda yaşayış binalarında koronavirusla bağlı tədbirlər görüləcək – RƏSMİ AÇIQLAMA

Gələn həftə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin balansında  olan 11 300 yaşayış binası koronavirusa görə yenidən dezinfeksiya ediləcək.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Bakı şəhərində kooperativ binaların, yaşayış komplekslərinin və MTK-ların rəhbərlərinə onlara aid olan bina və həyətlərdə dezinfeksiya işlərinin aparılması tapşırğı verilib:

“Həmin binaların konkret sayı barədə məlumatımız yoxdur”.

“Paytaxtın bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında , Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Məktəbəqədər Təhsil müəssisələrində və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdirilir”,- deyə rəsmi məlumatda qeyd olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir