“Rusiyanın əsas üstünlüyü nə neft, nə də qaz deyil, Prezident Vladimir Putindir”.
Gazeta.ru xəbər verir ki, bunu Dövlət Dumasının plenar iclasında çıxışı zamanı spiker Vyaçeslav Volodin deyib.
“Neft və qaz qiymətlərinin aşağı düşməsi səbəbindən dünyada qeyri-sabitlik hökm sürür. Bizim üstünlüyümüz Putindir. Biz onu qorumalıyıq”, – deyə Volodin bildirib.