Dünya

İranın ali dini liderinin baş müşaviri karantinə alındı

İranın Ali dini lideri Ayətullah Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri və Tehrandakı Məsix Daneşvair Xəstəxanasının müdiri Əli Əkbər Vilayəti koronavirus şübhəsi ilə karantinə alınıb.

Bu barədə “Təsnim” agentliyi xəbər yayıb.

Onun vəzifə başında olarkən özünü pis hiss etdiyi bildirilib. Bununla əlaqədar olaraq müşavirdən götürülən analizlərdə COVID-19-un əlamətlərinə rast gəlinib.

Vilayəti hazırda evində karantinə alınıb. Onun vəziyyətinin yaxşı olduğu vurğulanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir