Qazaxıstanda Novruz bayramı günlərində terror törətməyi planlaşdıran şəxs saxlanılıb.
Bu barədə “Sputnik” xəbər yayıb.
Məlumata görə, Almatıda saxlanılan şübhəli İŞİD terror təşkilatının üzvü olub.
Qeyd edək ki, Novruz – ölkədə ən əsas bayramlardan biridir. Müstəqil Qazaxıstanın tarixində ilk dəfə olaraq, bayramla əlaqədar geniş şənliklər təşkil olunmayacaq.