İqtisadiyyat

Azərbaycan 7,3 mln. ABŞ dolları dəyərində metanol ixrac edib

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən 72,579 min ton həcmində metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin məlumatına əsasən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 7,257 mln. ABŞ dolları təşkil edib.

Hesabat dövründə metanolun qeyri-neft sektoru ixracında payı 2,45% olub.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir