Cəmiyyət

Saqqaldan da virus yayılırmış – Video

Koronavirus bütün dünyanı bürüyüb. Hər yerdə əsas mövzu məhz virus təhlükəsidir.

Bizimyol.info xəbər verir ki, saqqalın da virus yaymaq təhlükəsiz var. Türkiyə Səhiyyə Nazirliyi yanında koronavirusla bağlı xüsusi komissiyanın üzvü Füsun Eyuboğlu saqqalda özünə yer edən damlaların infeksiya yaya biləcəyini söyləyib. Onun sözlərinə görə, üzdəki tüklərə toxunandan sonra əlini ağzına aparmaq virusa yoluxma şəraiti yaradır. Füsun Eyuboğlu hətta saqqal üçün maska istifadə etməyi uyğun saydığını deyib.
Türkiyə Böyük Millət Məclisinin səhiyyə komissiyasının rəhbəri Şenel Yediyıldız isə bir az fərqli fikirdədir. Onun firkincə, hadisələri dramatikləşdirmək lazım deyil: “Ən əsası əllərin təmizliyidir”.
Türkiyə Səhiyyə Nazirliyi dünən gecə saatlarında ölkədə virusa yoluxanların sayının 98-ə çatdığını açıqlamışdı. Təkcə dünən 51 şəxsdə virus aşkarlanıb.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir