Türkiyədə koronavirus təhlükəsinə görə bütün idman təxirə salınıb.
“Haber Global” xəbər verir ki, bu barədə ölkənin gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu məlumat verib.
Nazir deyib ki, qərar federasiya prezidentləri ilə bugünkü görüşdə qəbul edilib.
Hələlik yarışların nə zaman bərpa olunacağı haqqında məlumat yoxdur.