Bakıda keçirilməli olan aerobika gimnastikası üzrə XVI dünya çempionatı təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Gimnastika Federasiyası (FIG) açıqlayıb.
Mayın 14-16-da baş tutmalı olan yarış qeyri-müəyyən müddətə keçirilib. Buna koronavirus pandemiyası səbəb olub. Həmçinin, 8-10 may tarixlərində keçirilməli olan IX Dünya Yaş Qrupu yarışı da təxirə düşüb.
Qeyd edək ki, FIG martın 17-də bədii gimnastika üzrə Dünya Kubokunun da təxirə salındığını açıqlamışdı. Olimpiadaya lisenziya verən həmin yarış 24-26 apreldə keçirilməli idi.