“Şəhərdaxili və rayondaxili 617 marşrut xətti üzrə xidmətinə məhdudiyyət qoyulmayan avtobusların sürücüləri xüsusi karantin rejimi dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, DANX sərnişinlərin qaydalara uyğun gediş-gəlişini fasiləsiz təmin edəcək:
“Ancaq o sürücülərin bu dövrdə etdikləri fədakarlığı nəzərə alaraq, heç bir zərurət yoxdursa, evlərimizdən çıxmayaq! Bu günlər müvəqqətidir. Bir-birimizi düşünməyin vaxtıdır.
Bu günə qədər həmişə narazı olduğumuz sürücülər gəlir, düşünmədən çalışacaqlarını bildirirlər. Onları da evdə gözləyənləri nəzərə alaq!”