Sosial şəbəkələrdə Bakıda naməlum meyitin tapılması ilə bağlı videogörüntü yayılıb.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi paytaxtın Yasamal rayonunda naməlum meyitin tapılması ilə bağlı videogörüntülərə aydınlıq gətirib. Belə ki, İdarənin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, Səbail rayon sakini 1960-cı il təvəllüdlü F.Məmmədov dünən saat 16:30 radələrində ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, F.Məmmədovun ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilib. Meyit aidiyyəti üzrə təhvil verilib.