Səhiyyə

Koronavirusa görə tibb işçiləri ölərsə, onlara şəhid statusu veriləcək? – Milli Məclisdə təklif

“Koronavirusla mübarizədə vəfat edən tibb işçisinə xüsusi status verilsin”.

Anews.az-ın verdiyi xəbərə görə, bunu deputat Məlahət İbrahimqızı parlamentin iclasında təklif edib.

O qeyd edib ki, Türkiyədə koronavirusla mübarizədə vəfat edən həkimə şəhid, bu prosesdən ziyan çəkənlərə isə qazi statusu verilir: “Təklif edirəm ki, bizdə də koronavirusla mübarizədə hər hansı tibb işçisi vəfat edərsə, ona xüsusi status verilsin”. /Qafqazinfo

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir