Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədi ilə istifadə olunması tövsiyə olunur.
“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciətində bildirilib.
Qeyd olunub ki, adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir.
Mərkəz əhalini bu məsələdə diqqətli və ehtiyatlı olmağa çağırıb.