Müğənni Roza Zərgərli küsülü olduğu həmkarları Sevinc-Sevil Səfərova bacıları barədə danışıb. Lent.az -ın məlumatına görə, ifaçı “İri plan” verilişində bildirib ki, bir zamanlar birgə çalışdığı əkiz bacılarla barışmayacaq:
“Onların “salam”larını qəbul etmərəm. Sözü bir dəfə deyirəm. Həyatımdan sildiyimi qəbul etmirəm. Barışıq üçün yer saxlamaq lazımdır. Sevil və Sevinclə də aramızda soyuqluq yarandı, mediaya çıxardılar məsələni və mövzu bitdi. Dünyanın axırı da olsa, onlarla barışmayacam və bağışlamayacam”.