Rusiya Xarici İşlər Nazirliyi koronavirusla mübarizə aparan ABŞ-a göndərilən tibbi avadanlıqlar barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, Prezidentlər Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığından sonra Rusiya ABŞ-a yardım məqsədilə tibbi avadanlıqlar göndərib:
“Prezidentlər Putin və Tramp arasındakı telefon görüşündən sonra Rusiya ən böyük yükdaşıma təyyarəsi olan “An-124 Ruslan”i tibbi avadanlıqlarla birlikdə Amerika vətəndaşlarını xilas etmək üçün ABŞ-a göndərib. Təyyarə yoldadır”.