Kriminal

Azərbaycanda işçi çörək zavodunda intihar etdi

Şəkidə intihar hadisəsi olub.

Qafqazinfo-nun məlumatına görə, hadisə axşam saatlarında baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Şəki şəhər sakini Məmmədrəhimli Tərlan Rəhman oğlu işlədiyi “Sünbül” çörək zavodunda özünü asaraq intihar edib.

T.Məmmədrəhimlinin özünü hansı səbəbdən asdığı hələlik məlum deyil. Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir