Manşet

Xüsusi karantin qaydalarını pozanlarla bağlı RƏSMİ AÇIQLAMA

“Xüsusi karantin rejiminin qaydalarını pozan bir ictimai iaşə obyekt sahibi həbs edilib, 40 nəfər isə cərimə olunub”.

Zirveyolu.info-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

O qeyd edib ki, respublikanın şəhərləri üzrə giriş-çıxış üçün quraşdırılan postları keçməyə cəhd edən 1243 nəfər cərimə olunub:

“12 nəfər həbs olunub. Vətəndaşlar karantin rejiminə ciddi riayət etməlidirlər”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir