Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusa yoluxanların sayında artım olsa da, karantin tətbiq edilməyəcəyini deyib.
“HaberGlobal” məlumat verir ki, kənd təsərrüfatı sektorundakı problemlərin ən qısa zamanda həll olunacağını vurğulayan Lukaşenko “Süfrəyə neft qoya bilməzsiniz. Yemək çox ciddi məsələdir. Buna görə də, məhsul becərilməsinin ən qısa müddətdə başa çatdırılmasını istəyirəm” deyib.
COVID-19-la mübarizə tədbirlərinin prosesə və mövcud imkanlara uyğun aparıldığını vurğulayan Lukaşenko ölkədə karantin elan edilməsinin ən sadə məsələ olduğunu qeyd edib:
“Ölkədə karantin elan edilməsi ən primitiv üsuldur. Bunu bir günə həll edə bilərik. Bəs nə yeyəcəyik?”.
Qeyd edək ki, Belarusda 861 nəfər koronavirusa yoluxub, 13 nəfər bu xəstəlikdən ölüb.