“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyan komandasına siyasi müzakirələrdən çəkinmək, barışıq elan etmək və bu çətin vəziyyətdə hakimiyyəti tənqid etməmək barədə sərt tapşırıqlar verib.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı “Qraparak” qəzeti yazıb.
Mənbə bildirir ki, buna baxmayaraq onun özü koronavirus infeksiyasının ilk hallarının aşkarlandığı vaxt Paşinyan hökumətini tənqid edib.
“O, bunun səbəblərini komandasına izah etməyib. Onların fikrincə, səlahiyyətlilər yenidən Dövlət Gəlir Komitəsini onun biznesini yoxlamaq üçün göndəriblər. “Çiçəklənən Ermənistan”ın deputatları bu günlərdə seçicilərinə və partiyanın sosial cəhətdən həssas üzvlərinə İrəvanın müxtəlif bölgələrində və inzibati rayonlarında yemək paketləri paylayırlar “ deyə nəşr qeyd edir.