Cəmiyyət

Xanlar Vəliyev yenidən Hərbi prokuror təyin edilib

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, Vəliyev Xanlar Rüstəm oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarına təyinat alaraq, müxtəlif məsul vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsində qulluq keçib.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Ədliyyə general-leytenantı, hüquq üzrə fəlsəfə doktorudur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir