Türkiyənin 1-ci liqasında çıxış edən “Boluspor”un qapıçısı Orlondo Moskera Azərbaycandan təklif alıb.
Zirveyolu.info xəbər verir ki, bu barədə panamalı qolkiperin meneceri Tekin Birinci açıqlama verib. O, 26 yaşlı qapıçı ilə adını çəkmədiyi bir Azərbaycan kubunun maraqandığını deyib: “Moskeraya görə Azərbaycandan iddialı bir klubdan mənə zəng etdilər. Mən də hazırda futbolla bağlı danışılacaq bir durumun olmadığını söylədim” – deyə bildirib.
Qeyd edək ki, Orlondo Moskeranın “Boluspor”la müqaviləsi mövsümün sonunda bitir. //Qol.az