Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilə olacaq.
“Azərişıq” ASC-nin Mətbuat Xidmətindən verilən məlumata görə, bu, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisində yerləşən 110/35/10 kv-luq “Qobu Yarımstansiyası”ndan qidalanan 10 kv-luq “Qobu-1” və 10 kv-luq “Nübar-1” hava elektrik verilişi xətlərində aparılan yenidənqurma və cari təmir işləri ilə əlaqədardır.
Bildirilir ki, Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində aprelin 14-ü saat 11.30-dan 16.00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.