Cəmiyyət

Bu vəzifəli şəxslərin maaşları artacaq – TƏKLİF

Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə 69.1-ci maddənin əlavə edilməsi təklif olunur.

Sənədin 73-cü maddəsinə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilir:

1 ildən 5 ilədək – 21 manat miqdarında, 5 ildən 10 ilədək – 24 manat miqdarında, 10 ildən 15 ilədək – 27 manat miqdarında, 15 ildən 20 ilədək – 30 manat miqdarında, 20 ildən 25 ilədək – 39 manat miqdarında, 25 ildən 30 ilədək – 45 manat miqdarında, 30 ildən yuxarı – 60 manat miqdarında.

Qanun layihəsində isə bildirilir ki, vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir:

1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində,

5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində

10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində;

15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində.

Qanun layihəsi Milli Məclisdə təsdiqlənəcəyi təqdirdə 2020-ci il yanvarın 1-dən hesablanmaqla tətbiq edilməyə başlanılacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir