Koronavirus can almaqda davam edir
Dünyada pandemiyanın ocağı sayılan ABŞ-da yoluxma və ölüm sayı durmadan artır. AYNA xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da dəfn mərasimində iştirak edən 6 nəfər koronavirusdan ölüb.
Məlumatda bildirilir ki, afrikalı ABŞ vətəndaşının dəfninə qatılanlar arasında sosial məsafə gözlənilsə də, mərasim 60 yaşlarında olan 6 insanın ölümü ilə nəticələnib. Karolina ştatında baş verən ölümlərin xəstəxanadan kənarda olduğu deyilir.
ABŞ-da dəfn mərasimində kütləvi iştirak qadağan olsa da, bir qrup insanlar hələ də qaydaları pozur.
Qeyd edək ki, ABŞ-da ölənlər arasında qaradərililər çoxluq təşkil edir. Hətta onlar arasında ölüm halları 42%-i keçib.
Məlumat üçün deyək ki, hazırda ABŞ-da aşkarlanan yoluxma sayı 706 779 nəfər, ölüm faktı isə 37 080 nəfərə çatıb.