Cəmiyyət

İşıqpulu azaldılmayacaq, əksinə…

Möcvud durum elektrik enerjisinin tariflərinin endirilməsini mümkünsüz edir

 

Baş Nazir Əli Əsədov “Əhali tərəfindən aylıq elektrik enerjisi istehlakının tənzimlənməsi tədbirləri haqqında” sərəncam imzalayıb. Nazirlər Kabinetindən verilən məlumata görə, Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli 17 nömrəli “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” qərarına əsasən, 2020-ci ilin aprel ayından ardıcıl iki hesabat ayı müddətində əhali tərəfindən aylıq elektrik enerjisi istehlakının həcmi 100 kilovat/saat qədər artırılaraq, 400 kilovat/saat olacaq.

 

Ümumiyyətlə, bu qərar xüsusi karantin rejimi dövründə elektrik enerjisinə görə ödənişin tam aradan qaldırılması ilə bağlı gözləntilərə son qoydu. Halbuki, hökumətin vətəndaşları elektrik enerjisi ödəmələrindən azad edəcəyinə dair gözləntilər və arzular vardı.

 

Azərbaycan Energetika Mütəxəssisləri və Mühəndisləri Assosiasiyasının (AEMMA) rəhbəri Rəsul Süleymanov AYNA-ya deyib ki, elektrik enerjisi istehsalçısı olan “Azərenerji” ASC-nin xərcləri mövcud tarifləri ödəmir: “Borc öhdəlikləri üçün dövlət subsidiyaları və zəmanətlərinə baxmayaraq, aşağı elektrik enerjisi tarifləri və quraşdırılmış enerji qurğularının tam gücünə tələbatın olmaması elektrik enerjisi istehsalının gəlirliliyini azaldır. Belə şəraitdə istehlakçılar üçün əhəmiyyətli güzəştlər barədə danışmaq lazım deyil. Lakin fakt budur ki, son on ildə ASC köhnəlmiş elektrik şəbəkəsini yenisi ilə əvəz etməklə elektrik stansiyalarının modernləşdirilməsinə və tikintisinə çoxlu pul xərcləyib. Nəticədə istehsalçı öz gücünü iki dəfə artırdı – 1990-cı ildəki 4 min MVt-dan hazırda 8 min MVt-a qədər artırılma mövcuddur”.

 

Lakin bu, elektrik enerjisinin istehsalına çox əhəmiyyətsiz təsir göstərdi, 1990-cı ildəki 24 milyard kVt/saatdan keçən il 25 milyard kVt/saata qədər artdı. Yenidən qurulmuş böyük istehsal obyektlərinin tam gücü ilə işləməsi üçün istehlakçılar, biznes və sənaye obyektləri tərəfindən tələbat yoxdur.

 

Beləliklə, pərakəndə tariflərin 7 qəpiyə qədər artması da itkiləri örtməyə kömək etmədi. Bunun bir izahı var – xarici kreditlər üzrə əlavə imkanların yaradılması prosesi aparıldı və “Azərenerji” ASC-nin aparıcı beynəlxalq maliyyə qurumlarının kreditləri üzrə borc öhdəlikləri xarici valyutada, əksəriyyəti isə manatda göstərildi. “Fitch Ratings” reytinq agentliyinə görə, milli valyutanın devalvasiyası və şirkətin borcu ilə gəliri arasında valyuta uyğunsuzluğu səbəbindən “Azərenerji”nin kredit qabiliyyəti zəiflədi.

 

Nəticə ondan ibarətdir ki, hazırda milli valyutanın növbəti ucuzlaşması riskini də nəzərə alsaq, əhali üçün elektrik enerjisinin qiyməti aşağı salınmayacaq, əksinə daha arta bilər. Bir sözlə, bu gün mövcud tariflər iqtisadi səmərəlilik baxımından səmərəsizdir, üstəlik manatın ucuzlaşması ilə xarici valyuta borcları və istehsalçı xərcləri artacaq. Nəticədə yerli tariflər məcburi qalxacaq.

 

Bununla əlaqədar, bir neçə ildir, ölkə daxilində elektrik enerjisinin maya dəyərinin iqtisadi baxımdan məqbul səviyyəyə çatdırılması planlaşdırılır. Daha əvvəl bildirilib ki, Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən enerji bərpa proqramı hazırlayan xarici məsləhət şirkətlərinin tərkibində xüsusi bir komissiya bu istiqamətdə işləyir. Məlumata görə, əhalinin maddi imkanları nəzərə alınmaqla tarifləşdirməyə daha fərqli bir yanaşma nəzərdən keçirilir. Texniki cəhətdən fərqləndirmə prosesi istehlak səviyyəsində, yəni sənayenin, biznesin inkişafı üçün qiymət şərtləri nəzərə alınmaqla aparılacaq. Yəni, iqtisadiyyatın real sektoru üçün elektrik enerjisinin mövcudluğu nəzərə alınacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir