Təyyarədə olan şəxslərin hamısı ölüb
Rusiyada göyərtəsində 3 nəfərin olduğu yüngül motorlu təyyarə qəzaya uğrayıb.
“İnterfax” xəbər verir ki, hadisə ölkənin Xabarovsk şəhərinin yaxınlığında baş verib.
İlkin məlumata görə, təyyarədə olan şəxslərin hamısı ölüb.
Təyyarə təlim-məşq uçuşu keçirirmiş.