Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavininin səhhəti pisləşib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, birinci müavin İsmayıl Yusifzadəyə ağır pnevmaniya diaqnozu qoyulub.
O, təcili paytaxtın 3 saylı şəhər klinikasına aparılıb. Hazırda orada müalicə olunur.
Qeyd edək ki, İ.Vəlizadə koronavirusa tutulması şübhəsiylə iki dəfə test edilib. Ancaq hər iki testin nəticəsi neqativ çıxıb.