Dünya Manşet

Gəminin 30-dan çox ekipaj üzvü koronavirusa yoluxdu

Yaponiyada kruiz gəmisinin 30-dan çox ekipaj üzvü koronavirusa yoluxub.

“Kiodo” agentliyi Yaponiya Səhiyyə Nazirliyinə istinadən “Costa Atlantica” gəmisində koronavirusa yoluxmalar barədə xəbər yayıb.

Bildirilir ki, gəmi martın 25-də Naqasaki limanına daxil olub.

Gəmidə profilaktik və təmir işləri aparılacağı üçün sərnişin olmayıb. Bütün işlər başa çatdıqdan sonra limanı aprelin sonunda tərk etməli olan gəmidə komanda üzvlərindən biri koronavirusa yoluxub.

57 nəfər test edilib, onlarda 33-də nəticə pozitiv olub. Ümumilikdə, 34 nəfərin koronavirusa yoluxduğu qeyd edilir.

Naqasaki qubernatoru Hodo Nakamura koronavirusun yayılmaması üçün özünümüdafiə quvvələrindən kömək istəyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir