Siyasət

Trampın “vurun” əmrinə İran cavab verdi

“ABŞ Tehranı təhdid etmək əvəzinə koronavirus epidemiyasından xilas olsun”.

İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətindən belə açıqlama verilib. Açıqlama qeyd olunur: “ABŞ hərbçiləri arasında çox sayda virusa yoluxma halı var, ABŞ zorakılıq nümayiş etdirmək əvəzinə bütün qüvvəsini koronavirusa yoluxan hərbçiləri xilas etmək üçün səfərbər etməlidir”.

Qeyd edək ki, prezident Donald Tramp ABŞ gəmilərinə təhlükə olacağı təqdirdə İranın hərbi gəmilərinin vurulması barədə əmr verdiyini bəyan edib./publika.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir