Tarixi faktlardan qaçanlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələrini araşdırmaq üçün ortaq tarix komissiyası qurmaq çağırışına cavab verməkdən həmişə çəkiniblər.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.
O bildirib ki, 2009-cu ildə imzalanmış, lakin həyata keçirilməyən protokollar Qarabağ probleminin həlli və Cənubi Qafqazda sülhün bərqərar olması üçün tarixi addım idi:
“Bu addım Ermənistan tərəfindən və soyqırım lobbisinin təzyiqi ilə cavabsız qaldı”.
PA rəsmisi qeyd edib ki, soyqırım yalanı və siyasi hesablarla Türkiyəyə zərər verəcəyini zənn edənlər yenə yanılacaqlar:
“Türkiyə tarixi həqiqətlərin təhrif edilməsinə və yeni düşmənçiliyin yaradılmasına heç vaxt icazə verməyəcək. Türk millətini törətmədiyi cinayətə görə mühakimə etməyə çalışan ölkələr əvvəlcə qaranlıq tarixlərinə baxmalıdırlar”.