Bu gün Mərkəzi Bank ölkədə kifayət qədər tanınan 4 bankın “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “AmrahBank” ASC-nin səlahiyyətlərinin alınması ilə bağlı məlumat yaydı.
Məlumata deyilir ki, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. Yəni bank rəhbərlərinin səlahiyyətləri formal olaraq olaraq qalır.
Qeyd edək ki, səlahiyyətləri alınan banklar kifayət qədər tanınmış şəxslərə məxsusdu.
“Yeni Sabah” bildirir ki, “Atabank” keçmiş Vergilər naziri Fazil Məmmədova məxsus olub. Ötən il sabiq nazir Fazil Məmmədov tərəfindən bankın rəhbərliyinə gətirilən qohumlarının – bacısı oğlu Dəyanət Quliyev və yeznəsi Namiq Quliyevin “AtaBank”ı iflas həddinə çatdırdıqları, vəsaitləri müxtəlif vasitələrlə mənimsədikləri iddia olunub. Bunula bağlı nə bank, nə adları çəkilən şəxslər, nə də Fazil Məmmədov bu məlumatları təkzib etməyib.
“AtaBank” maliyyə hesabatında göstərib ki, 22 min manat mənfəəti var. Amma “AtaBank”ın kredit portfelində göstərdiyi, amma əslində, kredit vermədiyi milyonlarla vəsait var. “AtaBank” guya hansısa hüququ şəxsə 22.5 milyon dollar kredit verib, girovu da yoxdur. Həmin şirkətin də kapitalı 10 manatdır. Əslində, bu kredit verilməyib və verilə də bilməz. Çünki həmin dövrdə “AtaBank”ın o qədər pulu olmayıb. “AtaBank” guya verdiyi krediti hesabatlarda aktiv kimi göstərir. Başqa bir şəxsə isə “AtaBank” guya 50 milyon dollar kredit verib. Halbuki o krediti verməyib.
Onu da xatırladaq ki, “Atabank” ASC koronavirus pandemiyası ilə bağlı Koronavirus Fonduna 100 min manat ianə edib.
“AGBank” ASC isə keçmiş deputat Çingiz Əsədullayevə məxsusdur. Belə ki, Çingiz Əsədulayev keçmiş MTN şefi Eldar Mahmudovun biznes ortağı olub. Ancaq 2015-ci ildə Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan sonra Çingiz Əsədullayev deputat seçilə bilməyib. Həmçinin Çingiz Əsədullayev Eldar Mahmudovun bacısı Elmira xanımla – Milli Qəhrəman Riyad Əhmədovun həyat yoldaşı ilə yaxın dost olub. Eldar Mahmudovun həyat yoldaşı Tahirə xanımla isə bir sinifdə oxuyub. Belə ki, Çingiz Əsədullayevin Eldar Mahmudovun pullarının Azərbaycandan ofşor yollarla çıxarılmasında adı hallanırdı.
“NBCBank” ASC isə Nurgün Qrup MMC-nin rəhbəri Nuru Əliyevə məxsusdur. 17 dekabr 1992-ci ildə yaradılıb. Əvvəlki adı “Ruzu” Bank. 2002-ci ildən adını dəyişərək “NBCBank” olub. Son devalvasiyadan sonra lisenziyası ləğv edilsə də, qısa müddət sonra ciddi bir açıqlama olmadan yenidən fəaliyyətinə icazə verildi. 2017-cı ildə N.Əliyev bankın kapitalındakı iştirak payını 57,51%-dən 69 faizə qədər artırıb və beləliklə bankın demək olar tam sahibinə çevrilib. Əslində Nuru Əliyev kimdir?
Azərbaycan yeni müstəqillik qazanan illərdə Nuru Əliyevin aeroportda gömrük rəisi olub. Burada qısa müddətdə varlanan N.Əliyev indi ölkənin ən böyük holdinqlərdən birinə çevrilən “Nurgün” Holdinqin əsasını qoyur. Aeroport gömrüyünü öz nəzarətində saxlaması ona yüzlərlə xarici brendin disribütorluğunu alaraq ölkəyə müxtəlif məhsullar keçirib qısa müddətdə fantastik dərəcədə varlanmağa şərait yaradıb. Onun ölkəyə gətirdiyi məhsulların spektri o qədər geniş olub ki, adam heyrətlənməyə bilmir. Çoxsaylı xarici avtomobil brendlərindən tutmuş, siqaretlərə qədər…Onu da qeyd edək ki, Nuru Əliyev bir zamanlar kifayət qədər imkanlara malik olan Hafiz Məmmədvla (Hafka) da quda olub.
Qeyd edək ki, “NBCBank” hətt ötən il depozit yerləşdirənlər üçün faiz dərəcəsini illik olaraq ən yüksək – 12.5%-ə qaldırsada bu onun nüflis olmaqdan xilas etməyib. Maraqlı məqam burasındadır ki, bu qədər imkanlara malik bank müdiri koronavirusla bağlı yaradılan fonda “NBCBank” adından hər hansı bir ianə də etməyib.
“AmrahBank” ASC-nin kimə məxsus olması isə Azərbaycanda demək olar ki, böyükdən kiçiyə hamıya məlumdu. Azərbaycanın bank rəhbərlərindən hesab olunan Yunis İldırımzadə, Bankın təsisçisi kimi, yarandığı gündən onun sürətli inkişafında müstəsna rol oynamışdır. Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür. 10 il müxtəlif dövlət strukturlarında fəaliyyət göstərmişdir. Bu sahədə son olaraq Azərbaycan Dövlət Yanacaq Komitəsində rəhbər vəzifələrin birində çalışmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra fəal olaraq özəl bank sektoruna qoşulmuşdur. 1993-cü ildən “Amrahbank”ın Müşahidə Şurasının Sədridir.
Yarandığı gündən yüksələn xətt üzrə inkişaf edən “Amrahbank” 2015-ci ildəki devalvasiyadan sonra özünə gələ bilmədi. Belə ki, 2018-ci ilin yekununda “Amrah Bank”ın öhdəlikləri aktivlərini üstələyib. Bu haqda məlumat isə bankın müvafiq dövrün hesabatında yer alıb. Auditor yoxlaması “Amrah Bank”ın müflis olduğunu üzə çıxarıb. Hesabata görə, 2018-ci ilin əvvəlinə Bank 199,864 milyon manatlıq cəmi aktivlərə, 210,919 milyon manatlıq cəmi öhdəliklərə malik olub. Son nəticədə kredit təşkilatının cəmi kapitalında 11,055 milyon manatlıq çatışmazlıq yaranıb (yəni kapitalı mənfiyə düşüb). Faktiki olaraq audit yoxlamasından sonra Bankın müflis olduğu üzə çıxıb. Amma “Amrah Bank” özünü rəsmi olaraq müflis elan etməyib.
Qeyd edək ki, müflis durumda olmağına baxmayaraq “Amrah Bank” koronavirusla bağlı fonda digər banklardan fərqli olaraq 200 min manat pul köçürüb.
Onu da qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Yunis İldırımzadə Xətai rayonunun prokuroru Yusif İldırımzadə ilə qardaşdır. Yusif İldırmzadə isə keçmiş Daxili İşlər naziri Ramil Usubovla qudadı. Həmçinin Yunis İldırımzadənin oğlu Əmrah İldırmzadənin adı “Günay Bank” işi kimi tanınan cinayət işində Emin Zeynalova faizə pul verənlər sırasında da hallanmışdı. Belə ki, o, Zeynalova 300 min ABŞ dollar pul vermişdi.
Azər İsrafilov