Dünya

Kim Çen Inın dəfn mərasiminə hazırlıq gedir – İddia

Şimali Koreyanın paytaxtı Pxenyanda Kim Çen Inın dəfn mərasiminin hazırlıq proseslərinə başlanıldığı iddia olunub.

“Qafqazinfo” ingilis mətbuatına istinadən xəbər verir ki, Pxenyanın Kim İr Sen meydanının peykdən çəkilən görüntülərində cənazə mərasimi üçün hazırlandığı iddia olunan müvəqqəti tikililər gözə çarpıb. Peyk görüntülərinin aprelin 18-dən sonra çəkildiyi bildirilib.

Qeyd edək ki, son günlər Şimali Koreya lideri Kim Çen Inın səhhəti ilə bağlı iddialar dünya mediasının gündəmini zəbt edib. Bəzi media orqanları onun öldüyünü, digər mənbələr isə əməliyyat olunaraq villasında müalicəsini davam etdirdiyini yazıb. Onun sonuncu dəfə aprelin 11-də keçirilən hökumət iclasında göründüyü bildirilib.


Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir